Binәli Yıldırım әsgәrlәrә xitab edib

Türkiyәnin Baş naziri Binәli Yıldırım terrorla mübarizәnin qәtiyyәtlә davam etdirilәcәyini deyib.

993365
Binәli Yıldırım әsgәrlәrә xitab edib

Türkiyәnin Baş naziri Binәli Yıldırım terrorla mübarizәnin qәtiyyәtlә davam etdirilәcәyini deyib.

Әrzincanda sәfәrdә olan Baş nazir Binәli Yıldırım Jandarm Komandanlığında olub. Komandanlıqdakı  әsgәrlәrә xitab edәn Binәli Yıldırım İraqın şimalında terror tәşkilatına qarşı aparılan әmәliyyatlara toxunub.

‘‘Hazırda dağlarda, sәrhәdlәrdә terror tәhlükәsinin qarşısını aldıq deyә bilәrik. Terrorla mübarizәmizi sonunadәk davam etdirәcәyik. Bizә zәrәr vermәyә çalışan terror tәşkilatlarını ‘‘Zeytun Budağı’’ vә  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatları ilә yerindә zәrәrsizlәşdirdiyimiz kimi İraqın şimalındakı  terrorçuları da yerindә zәrәrsizlәşdirmәk üçün әmәliyyatlar keçiririk’’ deyә Türkiyәnin Baş naziri Binәli Yıldırım qeyd edib.



Әlaqәli Xәbәrlәr