Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin liderləri ilə bayramlaşdı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin liderləri ilə telefon danışığı apardı, onların bayramlarını təbrik etdi.

992760
Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin liderləri ilə bayramlaşdı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin liderləri ilə telefon danışığı apardı, onların bayramlarını təbrik etdi.

Ərdoğan Ramazan Bayramı münasibətilə Səudiyyə Ərəbistanı Kralı Səlman Bin Əbdüləziz ilə telefonda görüşdü.
 
 Ərdoğan və Əbdüləziz telefon görüşündə Türkiyə və Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin hər sahədə daha da möhkəmləndirilməsinə əhəmiyyət verdiklərini dilə gətirdilər.
 
 Ərdoğan- Əbdüləziz görüşündə Fələstin xalqı üçün qoruma tələb edən qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul edilməsinin sevindirici hal olduğu vurğulandı.

 Türkiyənin dövlət başçısı ilə Fələstin lideri Mahmud Abbas arasında da telefon danışığı oldu.
 
 Ramazan bayramı münasibətilə aparılan telefon danışığında Fələstinlə bağlı son hadisələr  müzakirə olundu. Liderlər  Fələstin xalqı üçün qoruma tələb edən qərarın Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində qəbul edilməsinin mühüm bir hadisə olduğunu qeyd etdilər.
 
 Ərdoğan Türkiyənin haqq işlərində fələstinlilərə daim dəstək olacağını vurğuladı.

 Mahmud Abbas Fələstin mövzusundakı həssaslığına görə  Ərdoğana və onun simasında bütün Türk xalqına minnətdar olduqlarını bildirdi.
 
 Ərdoğan və Abbas Ramazan bayramının başda İslam dünyası olmaqla, bütün bəşəriyyət üçün xeyirlərə vəsilə olmasını arzuladılar.

 Rəcəb Tayyib Ərdoğan Pakistan prezidenti Məmnun Hüseyn ilə də telefon vasitəsilə bayramlaşdı.

Ölkə başçıları telefon görüşündə  Türkiyə və Pakistan arasında əlaqələri daha da gücləndirmək məsələsində qətiyyətlətrini təsdiq etdilər,  regional məsələlərə toxundular.



Әlaqәli Xәbәrlәr