Bu gün Qədr gecəsidir

İslam dinində min aydan daha xeyirli olduğu bildirilən Qədr gecəsi ramazanın 27-ci gecəsi olan bu günə təsadüf edir.

989480
Bu gün Qədr gecəsidir

İslam dinində min aydan daha xeyirli olduğu bildirilən Qədr gecəsi ramazanın 27-ci gecəsi olan bu günə təsadüf edir.
 
 İslam dinində Quranın endirilməyə başladığı Qədr Gecəsi göylərin qapılarının açıldığı, dua və tövbələrin qəbul edildiyi mübarək gecə olaraq səciyyələndirilir, Qurani- Kərimdə adı keçən yeganə gecə olaraq göstərilir.
 
 Quranı Kərimdə Qədr surəsində bu gecə barəsində bunlar deyilir:
 
 "Şübhəsiz, biz onu (Quranı) Qədr gecəsində endirdik. Qədr gecəsinin nə olduğunu sən nə biləcəksən. Qədr gecəsi min aydan daha xeyirlidir. Mələklər və Ruh (Cəbrail) o gecədə Rəbbinin izni ilə hər növ iş üçün enər də, enər. O gecə dan yeri ağaranadək əmin-amanlıqdır".
 
 Türkiyə Diyanət İşləri Dini Xidmətlər Baş İdarəsi Qədr gecəsi münasibətilə müxtəlif tədbirlər keçirəcək.
 
 Dənizlidə Pamukkale Universiteti Əhməd Hulusi Əfəndi, Ankarada Beştəpə Millət, İstanbulda Cənnət Məhəlləsi Yavuz Səlim, Fatih, Taşoluk Yaşıl və Konyada Sultan Səlim məscidlərində xüsusi proqramda  Qurani-Kərim və mövlud oxunacaq.



Әlaqәli Xәbәrlәr