Yunanıstanla bağlanan qaçqınların geri qəbuluna dair müqavilə dayandırıldı

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstan ilə bağlanan qaçqınların geri qəbuluna dair müqaviləsinin dayandırıldığını açıqladı.

988182
Yunanıstanla bağlanan qaçqınların geri qəbuluna dair müqavilə dayandırıldı

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada təşkil olunan "Yerli Medya Görüşləri" toplantısında çıxış etdi.

Çavuşoğlu jurnalistin: "Yunanıstanda FETÖ üzvlərinin azadlığa buraxılmasından sonra bu ölkəyə sanksiya tətbiq olunacaqmı?" sualına cavab olaraq Afina hökuməti ilə bağlanan qaçqınların geri qəbuluna dair müqavilənin dayandırıldığını bildirdi.

Çavuşoğlu: "Yunanıstanın etdiyi qəbuledilməzdir. Yunanıstana, xüsusilə də, yunan məhkəməsinə Qərbdən böyük təzyiqlər var. Hazırda Yunanıstanla bağladığımız qaçqınların geri qəbuluna dair müqaviləni dayandırdıq. Proses sona çatmayıb, amma Yunanıstanla əlaqədar fəaliyyətlərimiz davam edəcək" dedi.

 



Әlaqәli Xәbәrlәr