“Yol xəritəsi üç mərhələli olacaq”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın Münbiç bölgəsinin terror  təşkilatı PKK/PYD-YPG-dən təmizlənməsi üçün üç mərhələli planın həyata keçəcəyini bildirib.

986313
“Yol xəritəsi üç mərhələli olacaq”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın Münbiç bölgəsinin terror  təşkilatı PKK/PYD-YPG-dən təmizlənməsi üçün üç mərhələli planın həyata keçəcəyini bildirib.

Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə dünən Vaşinqtonda Münbiçlə əlaqəli keçirdiyi görüşün yekununa dair Antalya şəhərində açıqlama verib.

Çavuşoğlu ABŞ ilə razılıq əldə olunan Münbiç üçün yol xəritəsinin üç mərhələli olduğunu dilə gətirərək deyib: “Münbiçlə əlaqədar təsdiqlədiyimiz yol xəritəsi ilə bağlı heyətlərimiz hazırlıq toplantısı keçirəcək. Bundan sonra həmin sənəddə qeyd olunanları tətbiq etməyə çalışacağıq. İkinci mərhələdə terror təşkilatı PKK/PYD-YPG bölgədən çəkiləcək. Üçüncü mərhələdə isə bölgə yerli sakinlərin idarəetməsinə veriləcək. Hazırlıq işləri on gün ərzində başlayacaq.”

ABŞ ilə pozulan əlaqələrin normallaşmasının mümkün olduğunu dilə gətirən Çavuşoğlu “Atacağımız addım əsasən həm Suriyanın gələcəyi üçün önəmlidir həm də ABŞ ilə pozulan əlaqələrimizi yenidən normallaşdırmaq üçün fürsətdir. Buna görə həmin xəritə dəqiq şəkildə tətbiq edilməlidir. İki tərəfdə də bu iradə mövcutdur” deyib.

Çavuşoğlu PKK/PYD-YPG-nin Münbiçdən çəkilməsi prosesində üçüncü ölkənin rol götürməyəcəyini də vurğulayıb.

Münbiçdə tətbiq ediləcək yol xəritəsinin daha sonra PKK/PYD-YPG-nin işğal etdiyi Suriyanın digər şəhərləri üçün də tətbiq edilməyə başlanacağını  bildirən Çavuşoğlu “Elə həmin zaman ABŞ-ın mövqeyi bəlli olar. PKK/PYD-YPG-ni çıxaracaqmı, başqa addımmı atacaq? Bunların arasında xeyli ərəb də var” deyib.

ABŞ-ın və PKK/PYD-YPG-nin ad dəyişmə taktikasına da işarə edən Çavuşoğlu “Adı nə olarsa olsun bunların hamısı terror təşkilatı PKK/PYD-YPG-dir. Terror təşkilatlarına bir şəhəri təslim edə bilmərik. Ümumilikdə ərəblərin olduğu yerlərdə idarəetmədə və təhlükəsizlikdə ərəblər olacaq. Digər tərəfdə əksəriyyət kürtdürsə PKK/PYD-YPG-dən başqa kürdlər olacaq” deyə vurğulayıb.  



Әlaqәli Xәbәrlәr