Türkiyədən Sudana yardım

Türkiyə, Ramazan ayında dünyanın müxtəlif ölkələrinə olduğu kimi Sudana da yardım çatdırır.

986077
Türkiyədən Sudana yardım

Türk qırmızı aypara cəmiyyəti Ramazan ayı münasibətilə, Sudanın paytaxtı Hartumda, yoxsul ailələrə qida yardımı paylayıb. Yardımlar daha çox su və elektrikdən məhrum, imkansız evlərdə qalan və yetim uşaqların yaşadıqları rayonlarda paylanıb.

Türkiyənin Hartum səfiri Cəmaləddin Aydının məlumatına görə Türk qırmızı aypara cəmiyyəti 35 fərqli ölkəyə qida yardımı çatdırır.

Türk qırmızı aypara cəmiyyətinin Cənubi Sudan üzrə heyətinin rəhbəri Osman Barış isə ramazan ayının sonuna dək 2 min Sudanlı ailəyə yardım çatdırılacağını qeyd edib.

 


Etiketlәr: #Türkiyə , #Ramazan , #Sudan

Әlaqәli Xәbәrlәr