Rəcəb Tayyib Ərdoğan: "Biz Millətimizlə birlikdəyik"

Türkiyənin dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Fatih Məhəlləsi Qapalı Bazarda təşkil olunan məhəllə iftarında aksaraylılarla görüşdü.

984488
Rəcəb Tayyib Ərdoğan: "Biz Millətimizlə birlikdəyik"

Türkiyənin dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Fatih Məhəlləsi Qapalı Bazarda təşkil olunan məhəllə iftarında aksaraylılarla görüşdü.

 Ərdoğan 2011-ci ildə Türkiyədə böyük layihələr həyata keçirəcəkləri barədə söz verdiklərini xatırlatdı, Mərmərə, Avrasiya tuneli, Yavuz Sultan Səlim körpüsü, Osmanqazi körpüsü layihələrindən və avtomagistrallardan bəhs etdi.
 
Bu günədək Mərmərədən 268 milyon adamın istifadə etdiyini, Avrasiya tunelindən 23 milyon, Yavuz Sultan Səlim körpüsündən 27 milyon avtomobilin keçdiyini bildirən Ərdoğan İstanbul-İzmir avtomobil magistralında işlərin sürətlə davam etdiyini, Osmangazi körpüsü daxil olmaqla, yolun böyük hissəsinin istifadəyə verildiyini söylədi.

Dövlət başçısı bu ana qədər 5 şəhər xəstəxanasının açıldığını, ilin sonunadək də 4 xəstəxananın fəaliyyətə başlayacağını qeyd edərək: "2023-cü ilədək 31 şəhər xəstəxanasının demək olar ki, hamısı xalqın xidmətində olacaq. Həkim sayımızı, əvvəlcə 155 minə, sonra 200 minə çıxarmağa söz vermişdik. Hazırda təxminən 150 min həkimimiz var. Xəstəxanalarda çarpayı sayını 45% artırmağa söz vermişdik, 62% artırdıq. Yəni hədəfimizdən çox yüksək olan nəticələr əldə etdik" dedi.

 Ərdoğan tikinti sahəsində qarşılarına 2023-cü ilədək 1 milyon mənzil inşa etmək məqsədi qoyduqlarını, hazırda 833 min mənzilin istifadəyə verildiyini bildirərək: "Mövcud planlaşdırmalara görə, 2023-cü ildə mənzil sayı  1 milyon 200 minə yüksələcək" dedi.

 Kənd təsərrüfatında milli gəlirin 37 milyard lirədən 189 milyard lirəyə çıxdığını qeyd edən dövlət başçısı bu rəqəmlə kənd təsərrüfatı mallarının istehsalında Avropada birinci olduqlarını nəzərə çatdırdı.
 

Türkiyənin 81 milyon vətəndaşının hamısına xidmət verəcək işlərə imza atmağın siyasətlərinin mərkəzində olduğunu vurğulayan Ərdoğan: " Biz Millətimizlə birlikdəyik" dedi.



Әlaqәli Xәbәrlәr