Türkiyədə terrorla mübarizə fasiləsiz davam edir

Türkiyə Silahlı Qüvvələri (TSQ) 25-31 may tarixlərində Diyarbəkir və Mardin ilə İraqın şimalında keçirilən əməliyyatlarda 5 əsgərimizin şəhid olduğunu, 34 terrorçunun zərərsizləşdirildiyini bildirdi.

983890

Açıqlamada zərərsizləşdirilən terrorçulardan birinin terror təşkilatının dırnaqarası lider kadrında olduğu qeyd edilib.

TSQ-nın açıqlamasında əməliyyatlarda 5 əsgərimizin şəhid olduğu, 2 əsgərin isə yaralandığı bildirilib.

TSQ tərəfindən Suriyanın Afrin bölgəsindəki “Zeytun budağı” əməliyyatının başlandığı gündən etibarən zərərsizləşdirilən terrorçu sayının 4 min 486-ya çatdığı açıqlanıb.

TSQ-nın Afrində gündəlik həyatın normallaşması sahəsindəki fəaliyyətləri davam edir. Bölgədəki terrorla mübarizə əməliyyatları da eləcə.

Әlaqәli Xәbәrlәr