Bir tərəfdən seçki kampaniyasını aparırıq, digər tərəfdən dövlətimizin işlərini təqib edirik

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanalına verdiyi müsahibədə bildirdi.

982354
Bir tərəfdən seçki kampaniyasını aparırıq, digər tərəfdən dövlətimizin işlərini təqib edirik

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  özəl televiziya kanalında gündəmi dəyərləndirdi.
 
Çavuşoğlu Almaniya kansleri Angela Merkelin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət etdiyini, bunun tamamilə təbii olduğunu və bu dəvətin Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi barəsindəki qərardan əvvəl edildiyini xatırlatdı.
 
Çavuşoğlu: " Dövlət başçımızın həm Almaniya prezidenti Frank-Uolter Steinmeier, həm də kansler Angela Merkel ilə son telefon danışıqlarında Almaniya səfəri müzakirə olunub və o, Almaniyaya dəvət edilib. Bu işin başqa bir tərəfi yoxdur. Bununla seçkilər üçün xal toplamağa çalışmırıq. Bir tərəfdən seçki kampaniyasını aparırıq, digər tərəfdən dövlətimizin işlərini təqib edirik" dedi.



Әlaqәli Xәbәrlәr