İstanbul fəthinin 565-ci yaşını qeyd edir

İstanbul Haliç körfəzi Konqres Mərkəzi sahilindəki sahədə axşam saat 19.30-da başlayacaq proqramda ölkənin Mədəniyyət Nazirliyi Tarixi Türk Musiqisi Təsəvvüf Qrupu konsert verəcək.

980837
İstanbul fəthinin 565-ci yaşını qeyd edir

  İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatına görə, şəhərin Haliç körfəzi Konqres Mərkəzi sahilindəki sahədə axşam saat 19.30-da başlayacaq proqramda ölkənin Mədəniyyət Nazirliyi Tarixi Türk Musiqisi Təsəvvüf Qrupu konsert verəcək. Konsertdən sonra iftar veriləcək. İftardan sonra isə İstanbulun fəthin 565-ci ildönümü münasibətilə “Fəth nümayişi" olacaq.

  Türkiyə Silahlı Qüvvələrinin Hərbi Mehtər qrupu da səhnədə yer alacaq. Mərasimlər üçün hazırlanan xüsusi işıq, su və lazer effektlərilə 20 dəqiqəlik möhtəşəm fəth görüntüləri göstəriləcək. Bunun üçün sahildən təxminən 50 metrlik məsafədə - dəniz səthində xüsusi platforma qurulub.

  Beləliklə, İstanbulun fəthinin 565-ci yaşı dünya tarixini dəyişdirən, bir dövrdə başqa dövr açan böyük dahi Fateh Sultan Mehmetlə müzəffər və igid əsgərlərinin həyata keçirdiyi İstanbulun fəthi görüntülü canlandırılacaq.  



Әlaqәli Xәbәrlәr