Türkiyə Almaniyanı kəskin şəkildə qınadı

Türkiyə Almaniyanın terror tərəfdarlarının qatıldığı mitinqə icazə verməsini kəskin şəkildə qınayaraq bunun ikiüzlü bir yanaşma olduğunu bildirib.

979637
Türkiyə Almaniyanı kəskin şəkildə qınadı

   Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir: “Almanya üçüncü ölkə siyasətçilərinin Almaniyadakı seçicilərlə görüşünü qadağan edən qərar çıxardı. Demokratiyayla əlaqəsi olmayan bu qərara razı olmasaq da, qəbul etdik, hökumətin bu tənzimləməyə xilaf addım atmayacağı, qadağanın bütün siyasi partiyalar üçün ayrı-seçkilik qoyulmadan tətbiq olunacağını gözlədik. Amma ölkəmizdən bir siyasi partiyanın Köln şəhərində seçki mitinqi keçirəcəyini öyrəndikdə Almaniya rəsmi məqamlarına verdiyi qərarı xatırlatdıq və lazımi xəbərdarlıqlar etdik. Bütün bunlara baxmayaraq, dünən – mayın 26-da Almaniyanın bu şəkildə bir fəaliyyətə yol verməsi izaholunmaz və qəbuledilməzdir. Terror təşkilatı PKK-nın simvolları ilə reallaşan mitinqə icazə verilməsi ikili standartın son nümunələrindən biridir. Qətiyyətlə pislədiyimiz bu riyakar yanaşma nə demokratiya, nə terrorla mübarizə, nə də Türkiyə-Almaniya münasibətlərindəki normallaşma prosesilə uyğundur”.



Әlaqәli Xәbәrlәr