Ərdoğan polis, müəllim, tibb işçiləri və din xidmətçilərinin təqaüdünü artırır

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yeni dövrdə polis, müəllim, tibb bacısı, feldşer və din xidmətçilətinin - ümumilikdə 1 milyon 412 min nəfərin təqaüdünün artırılacağını dedi.

979645
Ərdoğan polis, müəllim, tibb işçiləri və din xidmətçilərinin təqaüdünü artırır

   İstanbul Polis Təşkilatının nümayəndələrilə iftar proqramında bir araya gələn Ərdoğan çıxışında bunları deyib:

  “Hazırda ölkəmizin 81 rayonunda və xarici nümayəndəliklərdə xidmət edən, növbədə olan, vətəndaşlarımızın hüququ və mühafizəsi üçün fədakarcasına çalışan bütün polis və jandarm işçilərinə ölkəm və xalqım adından təşəkkür edirəm. Rəbbim hər birinizə yar və yardımçı olsun.

  15 İyul dövlət çevrilişi cəhdindən sonra, digər qurumlarımızda olduğu kimi, hüquq-mühafizə təşkilatlarımızda da geniş iş apardıq, təhlükəsizlik strukturlarımızı FETÖ virusundan tamamilə təmizləmək üçün sürətli və qərarlı şəkildə addımlar atdıq. Bu prosesdə hüquq və ədaləti qorumağa çalışdıq. Əgər aparılan əməliyyatlar zamanı xətalar oldusa da, bunları düzəltdik. Heç kimin ədalətsizliyə məruz qalmasına göz yuma bilmərik.

  Polislərimizin vəzifəsini əmin və doğru şəkildə icra etməsi üçün onları hər cəhətdən dəstəkləməyə davam edirik. Xüsusilə, kənd yerlərində qalma şəraiti, şəxsi hüquqlar, təhsil, təchizatından tutmuş təqaüdə qədər bir çox işləri tənzimlədik. İndi də polislərimizin illərdir həsrətini çəkdiyi tətbiqi həyata keçiririk: yeni dövrdə polislərimizin pensiya əlavə göstəricilərini 3600 liraya çıxarırıq. Beləliklə, ölkəmiz üçün fədakarcasına xidmət edən polislər verdikləri əməyin qarşılığını həm də təqaüdlərində hiss edəcəklər. Yeni tətbiqə görə, ali təhsilli polis məmurları təqaüdə çıxanda alacaqları əmək haqlarına 21 faiz artım gələck. 25 ildən artıq xidməti müddəti uzandıqca bu rəqəmlər də artacaq.

  Bu tənzimləmə müəllim, tibb bacısı, feldşer və din xidmətçilərinə də aiddir. Ümumilikdə 1 milyon 412 min nəfərə şamil olunan bu tənzimləmədən təqaüdçülərin dul həyat yoldaşları və övladları da faydalana biləcək”.



Әlaqәli Xәbәrlәr