AŞB-dan gələn heyətlə keçirilən görüşdə Münbicdə yol xəritəsi müzakirə olundu

Paytaxt Ankara Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a iyunun 4-də reallaşdıracağı səfər ərəfəsində bu ölkədən gələn heyəti qonaq edir.

979027
AŞB-dan gələn heyətlə keçirilən görüşdə Münbicdə yol xəritəsi müzakirə olundu

Paytaxt Ankara Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a iyunun 4-də reallaşdıracağı səfər ərəfəsində bu ölkədən gələn heyəti qonaq edir.

Ümumilikdə terrorla mübarizə mövzularının müzakirə olunduğu komitələrdən Suriya məsələsilə maraqlanan heyət Ankarada ikinci toplantısını tamamladı.

Türkiyə ilə ABŞ arasındakı mexanizm yığıncaqlarının sayca ikincisinin ən önəmli gündəm başlığı Münbicdəki yol xəritəsi oldu.

Qeyd edək ki, ABŞ-ın Suriyanın Münbic bölgəsində DEAŞ ilə mübarizə bəhanəsilə terror təşkilatı PKK-nın qolu PYD-YPG mənsubu terrorçuları yerləşdirməsi Türkiyə ilə ABŞ arasında problem yaranmasına səbəb olmuşdu.  

ABŞ Suriyanın şimalında yerləşdirdiyi terrorçulara silah daxil olmaqla hər sahədə köməklik etdikdə, Türkiyə sərhədinin bir addımlığında terror koridorunun yaranmasına icazə verməyəcəyini və bölgənin terrorçulardan azad olunmasının vacibliyini bildirir.

Türkiyə ilə ABŞ arasında Fətullahçı terror təşkilatı FETÖ ilə mübarizə, İraq və Suriyada baş verənlərə həll yolunun tapılması məqsədilə təşkil edilən mexanizm ABŞ-ın sabiq dövlət katibi Reks Tillersonın fevral ayında Ankaraya reallaşdırdığı səfərindən sonra qurulub. Təşkil edilən iş qruplarından Suriya mövzunu müzakirə edən qrupun ilk yığıncağı 8-9 mart tarixlərində Vaşinqtonda keçirildi.

Yığıncaqdan sonra hazırlanacaq mətni son olaraq Vaşinqtonda bir araya gələcək xarici işlər nazirləri formalaşdıracaq.  



Әlaqәli Xәbәrlәr