Qarsda 6 terrorçu zәrәrsizlәşdirildi

Bu barәdә tәhlükәsizlik mәnbәlәrindәn verilәn mәlumatda bildirilib.

976786
Qarsda 6 terrorçu zәrәrsizlәşdirildi

Türkiyәnin Qars şәhәrinin Kağızman qәsәbәsindә terror tәşkilatı PKK-ya qarşı keçirilәn hava әmәliyyatı nәticәsindә 6 terrorçu zәrәrsizlәşdirilib.

Bu barәdә tәhlükәsizlik mәnbәlәrindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, tәhlükәsizlik qüvvәlәri tәrәfindәn tәsbit edilәn 8 terrorçunun zәrәrsizlәşdirilmәsi üçün әmәliyyat keçirilib.

Çemçe-Madur bölgәsindә keçirilәn әmәliyyat nәticәsindә 6 terrorçu zәrәrsizlәşdirildi, 2 terrorçu isә  qaçdı.

Qeyd edәk ki, Tuncelidә keçirilәn әmәliyyat nәticәsindә dә 6 terrorçu zәrәrsizlәşdirilmişdi.



Әlaqәli Xәbәrlәr