“Müstəqil Fələstin dövlətinin tanınması üçün cəhd göstərəcəyik”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu müstəqil Fələstin dövlətinin tanınması üçün cəhd göstərəcəklərini söyləyib.

973395
“Müstəqil Fələstin dövlətinin tanınması üçün cəhd göstərəcəyik”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu müstəqil Fələstin dövlətinin tanınması üçün cəhd göstərəcəklərini söyləyib.

Çavuşoğlu bunu Konya Səlçuk Universitetində təşkil edilən  “Təşəbbüskar və humanitar cəhətlərilə Türkiyənin xarici siyasəti” mövzulu konfransda deyib.

“Bugünə qədər müstəqil Fələstin dövlətini tanımaq istəyib də bununla bağlı tərəddüdü olan  ölkələrə qarşı beynəlxalq ictimaiyyətlə həmrəy olacağıq. Artıq müstəqil bir Fələstin dövlətinin tanınması və BMT-lə üzv olması üçün gecə-gündüz fəaliyyətlərimizi davam etdirəcəyik. Cəhdlərimizin yeganə məqsədi var, artıq Fələstin məsələsinə daimi sülh yolu tapmaqdır. İsrail etdiklərinin cəzasını çəkməlidir. Bu prosesi də təqib edəcəyik”-deyə Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr