Prezident R.T. Ərdoğan bütün İslam aləminin müqəddəs Ramazan ayını təbrik edib

Prezident Ərdoğan, ramazan ayının ilk obaşdan yeməyini xanimı Əminə Ərdoğan ilə, İngiltərəyə reallaşdırdığı səfərdən Türkiyəyə qayıdarkən təyyarədə yeyib.

972073
Prezident R.T. Ərdoğan bütün İslam aləminin müqəddəs Ramazan ayını təbrik edib

Prezident Ərdoğan, Ramazanın başlaması münasibətiylə təyyarədə verdiyi açıqlamada: "Sevgili millətimin başı rəhmət, ortası bağışlama, sonu cəhənnəm əzabından xilas olan mübarək Ramazan-ı Şərifini təbrik edirəm. Bir ömür, birlik və həmrəyliyin hökm sürəcəyi bərəkətli Ramazanlar keçirilməsini arzulayıram. Belə bir mübarək aya İsrailin Qüdsdə törtdiyi qırğın və dəhşət hadisələrinin izdirabını yaşayaraq başladıq. Bu səbəbdən kədərliyik. İsrailin şəhid   etdiyi bütün qardaşlarımıza Allah rəhmət eyləsin. Yaralılara şəfa versin. Birlik-bərabərliyimiz və həmrəyliyimiz daim olsun” deyib, 24 İyunda keçiriləcək prezident və parlament seçkilərinin Türkiyə və Türk milləti üçün xeyrli olmasını arzuladığını vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr