“Yeganə həll yolu ümmətin əməkdaşlıq edərək zülmə mane olmasıdır”

Türkiyə Diyanət İşləri sədri Əli Ərbaş Qəzza Zolağında onlarla Fələstinlinin şəhid olması ilə nəticələnən İsrailin qəbul edilməz addımlarına münasibət bildirib.

971075
“Yeganə həll yolu ümmətin əməkdaşlıq edərək zülmə mane olmasıdır”

İnsanlığın qədim şəhəri, salam yurdu və İslamın ilk qibləsi Qüdsün zülm və işğala məruz qaldığını ifadə edən Ərbaş: “İnsanlığı, vicdanı, əxlaqı, beynəlxalq hüququ taptalayan cinayətkar anlayış, Qüdsü, işğalçılara təslim etmək üçün dəhşət tətbiqindən özgə heç nə deyildir”.

Ramazan ayı əvvəlində Qəzzada, əlində və ürəyində iman və cəsarətindən başqa heç nəyi olmayan onlarla məsum insanın beynəlxalq cəmiyyətin gözü önündə vəhşicəsinə qətl edildiyini ifadə edən Ərbaş, Fələstin və Qüdsü işğal edənlərin, dünyada dinçlik ve sabitliyə zərbə endirənlərin, vicdan, hüquq, insan hüquqları kimi dəyərlərə sahib olmadıqlarını vurğulayıb və problemin yeganə həll yolunun ümmətin bir araya gələrək zülmə və işğala mane olması olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr