Adaya keçməyə çalışan qaçaqlar suda boğuldu

Başqa itki olma ehtimalına qarşı dənizdə axtarış işləri davam etdirilib.

971333
Adaya keçməyə çalışan qaçaqlar suda boğuldu

  Türkiyə Çanaqqala rayonunun Ayvacık qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan qaçaq immiqrantları daşıyan təknənin batması nəticəsində, ilkin hesablamalara görə, 7 nəfər həyatını itirib.

  Qaçaqları daşıyan təknə Babakale kəndinin sahillərində batıb.

  Balıqçılar və sahil təhlükəsizlik qrupları boğulan 7 nəfərin cəsədi ilə qurtarılan 13 qaçağı Babakale limanına gətirib.

  Başqa itki olma ehtimalına qarşı dənizdə axtarış işləri davam etdirilib.

  Digər tərəfdən, Ayvacıkda qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçmə hazırlığında olan 31 qaçaq yaxalanıb, bir təşkilatçı saxlanılıb.

  Jandarm dəstələri İzmirdən yola çıxan bir mikroavtobusdan şübhələnərək Küçükkuyu sahilinə yaxın yerdə dayandırıb, aralarında qadın və uşaqların da olduğu bu Suriya, İraq və Pakistan vətəndaşı olan 31 qaçağı yaxalayıb. Küçükkuyu Jandarm Polis Bölməsinə aparılan qaçaqlar əməliyyatlardan sonra Ayvacıkdakı Qaçqın Geri Göndərmə Mərkəzinə göndərilib.



Әlaqәli Xәbәrlәr