Dəniz Aslanı-2018 manevri öz işinə başlayıb

Baş qərargah Başçılığı tərəfindən planlaşdırılan Dəniz Aslanı - 2018 Axtarış-xilasetmə Dəvət manevri Egey dənizindəki beynəlxalq sularda öz işinə başlayıb.

970063
Dəniz Aslanı-2018 manevri öz işinə başlayıb

Sahil Təhlükəsizlik Qüvvələri Komandanlığının başçılığında iki mərhələdə icra ediləcək Deniz Aslanı - 2018 Axtarış–xilasetmə Dəvət Manevrinə Türk axtarış-Xilasetmə təşkilatı tərkibindəki Quru qüvvələri Komandirliyi, Deniz qüvvələri Komandirliyi, Hava qüvvələri Komandirliyi və Sahil Təhlükəsizlik Komandirliyi ilə nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyi ünsürləri və Şimali Kipr Türk Respublikasından (KKTC) bir ədəd Sahil Təhlükəsizlik gəmisi iştirak edir.

Manevr ilə, Türk axtarış-xilasetmə təşkilatı ünsürlərinin müştərək axtarış-xilasetmə hərəkatını icra edə bilmə qabiliyyətlərini artıraraq təlimlərini inkişaf etdirmək, ehtimal olunan axsaqlıqların təsbiti və aradan qaldırılması məqsəd götürülüb.

Qeyd edək ki, Dəniz Aslanı - 2018, Türk Axtarış-xilasetmə bölgəsi daxilindəki Midilli və Saqqız adalarının qərbi ilə adaların arasında yerləşən iki fərqli nöqtədə keçiriləcək.

Manevri, Sahil Təhlükəsizlik Komandirinin müavini admiral Bülənt Olcay ilə 15 ölkədən 22 xarici müşahidəçi də izləyir.



Әlaqәli Xәbәrlәr