Ərdoğan İngiltərəyə gedir

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 13-15 may tarixlərində səfər edəcəyi İngiltərədə Kraliça II Yelizaveta və baş nazir Tereza Meylə görüşəcək.

969020
Ərdoğan İngiltərəyə gedir

  Türkiyə Dövlət Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə, Ərdoğan ikitərəfli əlaqələr və əməkdaşlığın hər sahədə inkişafa davam etdiyi, Türkiyənin strateji tərəfdaşı və müttəfiqi Birləşmiş Krallığa gedəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsini qarşıya məqsəd qoyan Türkiyə-İngiltərə Şirindil Forumunun (Türk-İngiliz Tatlıdil Forumu) yeddinci iclasının bağlanış tədbirinə qatılacaq Türkiyə başçısı iki ölkənin aparıcı biznes dairələri sərmayədarları ilə də görüşəcək.

  Ərdoğan dünyanın nüfuzlu beyin mərkəzlərindən olan “Chatham House”də iştirakçılara xitab edəcək.

  Türkiyə dövlət başçısının paytaxt Londonda keçirəcəyi görüşlərdə iqtisadiyyat, ticarət, təhlükəsizlik, müdafiə sənayesi və mədəniyyət kimi prioritet sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Suriya və İraqdakı hadisələr, Əhatəli Birgə Fəaliyyət Planı (KOEP), regional proseslər, Şimali Kipr, Avropa İttifaqı ilə münasibətlər və terrorla birgə mübarizə məsələləri müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr