"Altına imza atdığınız müqaviləyə hörmət edin", R.T.Ərdoğan

“CNN İnternational” kanalına Bekki Andersona (Becky Anderson) verdiyi müsahibədə Ərdoğan nüvə müqaviləsinə də münasibət bildirərək deyib...

967615
"Altına imza atdığınız müqaviləyə hörmət edin", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın nüvə müqaviləsindən çıxması qərarı ilə bağlı: "Altına imza atdığınız müqaviləyə hörmət edin", deyib.

  “CNN İnternational” kanalına Bekki Andersona (Becky Anderson) verdiyi müsahibədə Ərdoğan nüvə müqaviləsinə də münasibət bildirərək deyib: “ABŞ bölgədəki dostlarını itirir. Amerikanın İranla nüvə müqaviləsindən çıxma qərarı ilə bağlı bunları deyə bilərəm: “Altına imza atdığınız müqaviləyə hörmət edin”.   

  Ərdoğan rəsmi Vaşinqtonun terrorizmə verdiyi dəstəyə də toxunaraq bunları söyləyib: “Biz strateji tərəfdaşıq, amma ABŞ YPG/PKK-ya silah verməyi davam etdirir... Suriyada terrorçularla mübarizə aparırıq. Kimdir bu terrorçular? YPG, PKK. ABŞ isə onlarla bərabər hərəkət edir. 5 min böyük yük maşını, 2 min də yük təyyarəsilə bunlara silah verdilər, həm də pulsuz. Bu terror təşkilatları bu silahları bizə qarşı istifadə edir. ABŞ strateji tərəfdaşı Türkiyəni bir kənara qoydu, biz də “siz öz yolunuza, biz də öz yolumuza” dedik... Biz əgər müttəfiqiksə, müttəfiqliyin bir ruhu, bir qaydası vardır. F-35-lər üçün müqavilə imzalandı, pulunu ödəyirik, amma hələ də ala bilmirik. Bi gün F-35-lər üçün “vermirəm” deyə bilməzsiniz"... ABŞ səfirliyini Qüdsə daşıdı. Bu, böyük səhvdir. Burada etməyə çalışdığınız nədir? İsrailə müsbət bir mesajmı verməyə çalışırsınız?”



Әlaqәli Xәbәrlәr