M.Çavuşoğlu ‘Avropa Günü’ münasibətiylə açıqlama verib:

Coğrafi və tarixi baxımdan Avropa ölkəsi olan Türkiyə, Avropanın təhlükəsizliyi, sabitliyi və rifahına töhfə verir. Bunu Xarici işlər naziri M.Çavuşoğlu deyib.

966948
M.Çavuşoğlu ‘Avropa Günü’ münasibətiylə açıqlama verib:

Xarici işlər naziri M.Çavuşoğlu, 9 May Avropa Günü münasibətiylə verdiyi açıqlamada: ​​Avropanın inteqrasiya olunması layihəsinin təməlini qoyun 9 May 1950-ci il tarixli Schuman bəyannaməsinin üzərindən 68 il ötüb. Avropanın bir parçası olan Türkiyə isə bu çərçivədə Avropa İttifaqına tam hüquqlu üzvlük üçün lazımlı addımları atıb. Ancaq son illərdə Aİ-nın da öz təməl pirinsiplərindən uzaqlaşmağa başladığı kədər və narahatlıqla müşahidə olunur. Ayrı-seçkilik, ksenofobiya və İslam əleyhdarlığı kimi radikal düşüncələr səbəbiylə İttifaq mədəniyyətinə zərbə endirir. Qlobal güc olmaq istəyən alyansın beynəlxalq cəmiyyət nəzdində etibarını itirməsinə gətirib çıxarır.

Türkiyə, Aİ-na namizəd bir ölkə olaraq, ittifaqın qarşı-qarşıya qaldığı mövcud mövqedən xilas olmasını təmənni edir və bu çərçivədə, ortaq maraqlar istiqamətində lazımlı əməkdaşlığı etməkdə hazırdır”.- Çavuşoğlu  vurğulayıb



Әlaqәli Xәbәrlәr