Türkiyədə bir gündə 542 əcnəbi qaçaq tutuldu

İzmir, Muğla, Balıkesir, Antalya, Mersin və Qarsda qeyri-qanuni yollarla Türkiyədən ölkə xaricinə getməyə çalışan 542 əcnəbi saxlanıldı.

965930
Türkiyədə bir gündə 542 əcnəbi qaçaq tutuldu

   Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı briqadaları son dünən – mayın 7-də İzmirin Çeşme və Dikili rayonlarında rezin qayıqlarla Yunanıstana keçməyə çalışan, aralarında qadın və uşaqların da olduğu xarici 206 nəfər yaxalanıb.

  Bodrumun Akyarlar Görecek adası qarşısında, rezin qayıqda olan qaçaqların kömək çağırışına gedən sahil təhlükəsizlik qrupları 14 qaçağı xilas edib və əmniyyət idarəsinə sövq edilib.

  Bodrumun Ayvalık qəsəbəsi Karaada qarşısında Yunanıstana keçməyə çalışan rezin qayıq dayandırılıb, əcnəbi əsilli 49 nəfər sahil təhlükəsizlik dəstələri tərəfindən götürülərək sahilə çıxarılıb.

  Şəhərin Kaş qəsəbəsində də rezin qayıqla bir qrupun dənizə açıldığını müəyyən edib, 38 qaçaq əcnəbini quruya çıxarıb.

  Mersində də gəmi ilə ölkə xaricinə qeyri-qanuni yolla keçməyə çalışan 100 xarici yaxalanıb.

  Hatay vilayətinin Kırıkhan rayonunda qeyri-qanuni yollarla yurda girdikləri məlum olan 8 suriyalı yaxalanıb.

  Qars şəhərinin Sarıqamış rayonunda da ölkəyə qeyri-qanuni yollarla daxil olan 28 Pakistan vətəndaşı saxlanılıb.

  Xarici əsilli qaçaqların jandarm əməliyyatları davam edir.



Әlaqәli Xәbәrlәr