Türkiyədən sərt reaksiya

Türkiyə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Hizer Nauertin (Heather Nauert): "Afrin xalqının geri dönüşünə icazə verilmir" iddiasına sərt reaksiya göstərdi.

964477

 Türkiyə Xarici işlər Nazirliyinin sözçüsü Həmid Aksoyun yaydığı yazılı bəyanatda: "Afrinə qayıtmaq istəyən yerli xalqa mane olan  terror təşkilatı PYD/YPG-dir" deyilir.
 
 Bəyanatda Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin "Zeytun Budağı" əməliyyatı çərçivəsində apardığı terrorla mübarizənin vətəndaşlara zərər vermədən həyata keçirildiyi vurğulanır.
 
 Xarici işlər Nazirliyinin sözçüsü  Afrində humanitar vəziyyətin "dərin narahatlıq" mənbəyi olması barəsindəki iddianın tamamilə əsassız olduğunu qeyd edir,   Türkiyənin müttəfiqi olaraq bilinən ölkələrin Suriyanın şimalında PKK/PYD/YPG terrorçuları ilə davam etdirdikləri əməkdaşlığın narahatlıq yaratdığını vurğulayır.

Әlaqәli Xәbәrlәr