Düsseldorfdan Zonquldağa uçuşlar yenidən başladı

Düsseldorf şəhərindən havaya qalxan və başlıca olaraq mühacirləri daşıyan, mövsümün ilk səfərini həyata keçirən Almaniya aviaşirkəti “Germania”ya aid təyyarə 133 sərnişinlə Zonguldak Hava Limanına enib.

964156
Düsseldorfdan Zonquldağa uçuşlar yenidən başladı

  Almaniyanın Düsseldorf şəhərindən Zonquldağa mövsümlük uçuşlar başladı.

  Düsseldorf şəhərindən havaya qalxan və başlıca olaraq mühacirləri daşıyan, mövsümün ilk səfərini həyata keçirən Almaniya aviaşirkəti “Germania”ya aid təyyarə 133 sərnişinlə Zonguldak Hava Limanına enib.

  Sərnişinlər və kabin heyəti təyyarə ilə gələnlərin yaxınları ilə hava limanı əməkdaşları tərəfindən çiçəklərlə qarşılanıb.

  Zonguldak aeroportunun müdiri Həsən Özşahin jurnalistlərə verdiyi məlumatda deyib: “Ötən illər uçuşlar noyabr ayının ortalarında dayandırıldı. Hava limanında aparılan yeniliklərdən sonra təyyarələr artıq yenidən uçuşa başladı”.

  Hava limanına enən təyyarə daha sonra 94 sərnişinlə Düsseldorfa hərəkət edib.



Әlaqәli Xәbәrlәr