Hulusi Akar Pakistanda səfərdədir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Zubair Mahmud Hayat ilə görüşdü.

963369
Hulusi Akar Pakistanda səfərdədir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Zubair Mahmud Hayat ilə görüşdü.

Rəsmi səfərlə Ravalpindidə olan Akarın Hayatla  görüşü mətbuata qapalı keçirildi.

Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Baş Qərargah rəisləri regional , təhlükəsizlik və hərbi məsələlərdə birgə fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparıblar.

Məlumatda Hulusi Akarın Zubair Mahmud Hayatı Pakistan Silahlı Qüvvələrinin terrorizmə qarşı apardığı mübarizəsinə görə təbrik etdiyi bildirilir.

Ordu generalı Akar sabah  Pakistan prezidenti Məmnun Hüseyn və baş nazir Şahid Hakan Abbasi tərəfindən qəbul ediləcək.

Qeyd edək ki, Baş Qərargah rəisi Hulusi Akar Özbəkistan və Cənubi Koreya səfərlərində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı müşayiət etmişdi.

 

 



Әlaqәli Xәbәrlәr