Türkiyədə seçki prosesinə start verildi

Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) 24 iyunda keçiriləcək prezident və 27-ci dövr millət vəkilliyi seçki prosesini başladı.

961849
Türkiyədə seçki prosesinə start verildi

  Birinci tura dair cədvəl

  Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) 24 İyunda keçiriləcək prezident və 27-ci dövr millət vəkilliyi seçki prosesini başladı.

  Prezidentlik üçün lazım olan 100 min imzanın 4-9 may tarixlərində toplanması lazımdır.

 Siyasi partiyalar prezidentliyə namizədlik ərizələrini 5 may saat 17.00-a qədər verməlidir.  

  İttifaq protokolu YSK-ya 6 maya qədər təslim edilməlidir.

  14 mayda prezidentliyə, 20 mayda isə birlik və siyasi partiya namizədlərinin seçki məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi üçün YSK-da püşk atılacaq.

  24 iyunda bütün Türkiyə seçkilərə gedir. Saat 23.59-dan prezident seçkisinin müvəqqəti nəticələri elan ediləcək.

  İkinci tura dair cədvəl

  İlkin səsvermədə etibarlı səslər təmin olunmazsa, 8 iyul 2018-ci il bazar günü keçiriləcək ikinci səsverməyə dair proses 25 iyunda başlayacaq.

  25 iyundan ikinci səsvermə təbliğat dövrü start götürəcək.

  8 iyulda Türkiyə seçkilərə gedəcək.

  9 iyulda YSK müvəqqəti, 12 iyulda isə tam seçki nəticələrini elan edəcək.



Әlaqәli Xәbәrlәr