"Yunanıstanla yaşanan problemləri dəf etmək istəyirik", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Yunanıstanla yaşanan problemləri dəf etmək istədiklərini bildirib.

956951
"Yunanıstanla yaşanan problemləri dəf etmək istəyirik", R.T.Ərdoğan

    Ölkənin özəl telekanalının canlı efirində sualları cavablandıran Ərdoğan son vaxtlar Egey dənizi məsələsində Yunanıstanla baş verən toqquşmalara toxunaraq deyib: “Yunanıstanla yaşanan problemləri artıq dəf etmək istəyirik. Yunan tərəfi Egey dənizində qayalarla bağlı qıcıqlandırıcı hərəkətlərdən uzaq olmalıdır. Bəzi yunanlar qayalıqlara bayraq asır, Türkiyə desantları isə endirir. Bu cür hərəkətlərə hər zaman vaxtında cavab veriləcək. Yunanıstan qonşumuzdur, artıq bu işlərdən kənarlaşmalıdır və qarşı tərəfi danışıqlara dəvət edirəm”.



Әlaqәli Xәbәrlәr