Ərdoğan 23 Aprel münasibətilə təbrik etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 23 Aprelin Vətəni, bayrağı, azanı və azadlığı üçün qorxmadan mübarizə aparan əziz xalqın yenidən dirçəlişi və şahlanmasının timsalı olduğunu vurğulayıb.

956818
Ərdoğan 23 Aprel münasibətilə təbrik etdi

    23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə R.T.Ərdoğan təbrik mesajı paylaşaraq deyib: "Türkiyə Böyük Millət Məclisinin (TBMM) 98-ci ildönümü ilə Milli Suverenlik və Uşaq Bayramını ən səmimi duyğularımla təbrik edirəm. Parlamentin yaradılması müstəqillik məqamı və qətiyyətin bütün dünyaya nümayişi demək idi. İstiqlal mübarizəmizdə misilsiz qəhrəmanlıq dastanı yazan əziz xalqımızın iradəsini həyata keçirmək yolunda göstərdiyi qətiyyət başqa millətlərin müstəqillik mübarizələrinə bir ilham mənbəyi olmuşdur".

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, Baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və başqa siyasi xadimlər də xalqı 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik ediblər.



Әlaqәli Xәbәrlәr