"MHP-dən yeganə namizədimiz cənab Rəcəb Tayyib Ərdoğandır”, D.Bahçeli

MHP sədri Devlet Bahçeli partiyasının toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

956444
"MHP-dən yeganə namizədimiz cənab Rəcəb Tayyib Ərdoğandır”, D.Bahçeli

  MHP sədri D.Bahçeli partiyasının toplantısından sonra jurnalistlərə məlumat verərək deyib: “Bizim partiyadan - MHP-dən prezident seçkisinə bir namizəd belə irəli sürmədik. Namizədimiz cənab Rəcəb Tayyib Ərdoğandır… Bizim seçki strategiyamız iki əsasa söykənir: biri güclü və tarazlı Milli Məclis üçün deputatların, ikincisi isə prezidentin seçkilərinin eyni gündə edilməsidir… CHP-dən prezident namizədlərinə gəlincə: Türkiyədə köklü siyasi partiyalardan olan Cümhuriyyət Xalq Partiyası (CHP) müxtəlif dövrlərdə siyasi həyata rəng qatsa da, təkbaşına iqtidar ola bilməyib. İndi namizədlərin sayını artıraraq prezidentini qazanmaq yolu ilə siyasi həyatını davam etdirmək istəyir. Onların da namizədlərinə hörmətlə yanaşırıq".



Әlaqәli Xәbәrlәr