“Təəssüf ki, Aİ Komissiyası qarşı-qarşıya olduğumuz bu dövrün çətinliklərini başa düşmədi"

Türkiyə Avropa İttifaqı (Aİ) Komissiyası tərəfindən hazırlanan Türkiyə hesabatının obyektiv və bərabər olmadığını bildirdi.

953652
“Təəssüf ki, Aİ Komissiyası qarşı-qarşıya olduğumuz bu dövrün çətinliklərini başa düşmədi"

Türkiyə Avropa İttifaqı (Aİ) Komissiyası tərəfindən hazırlanan Türkiyə hesabatının obyektiv və bərabər olmadığını bildirdi.

Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında bildirilib: “Təəssüf ki, Aİ Komissiyası qarşı-qarşıya olduğumuz bu dövrün çətinliklərini başa düşmədiyini bu hesabatda da ortaya qoymuşdur. Dəfələrlə bütün sənədlərlə izah etməyimizə baxmayaraq Komissiya obyektiv və bərabər qərar qəbul etmədi. Türkiyə başda PKK, DEAŞ və FETÖ olmaqla eyni anda müxtəlif terror təşkilatları ilə mübarizə aparır. Hesabatda dövlətimizə, məclisimizə və millətimizə xain şəkildə hücum edən FETÖ təhdidinə toxunulmayıb. Bu, ölkəmiz üçün önəmli bir əskiklikdir. Həmçinin xüsusilə xain hücumdan sonra Türkiyənin bu təhdidlər qarşısında sürətli və bərabər səviyyədə tədbirlər görmək üçün qanuni haqlarını yeniləməsinə baxmayaraq sənədin bir çox yerində məlum dairələrdən əldə edilən əsassız iddialar və ittihamlar da yer tutub. Bu iddiaların qəbul edilməsi qeyri-mümkündür.

Açıqlamada Türkiyənin terror təşkilatlarına qarşı gördüyü tədbirlərin Aİ ölkələrinin də xeyrinə olduğu vurğulanıb.

Nazirliyin açıqlamasında Egey dənizində son zamanda artan gərginlik və bu mövzuda Aİ-nin mövqeyinə də toxunularaq bildirilib ki, İttifaqın “Birlik həmrəyliyi” arxasında suverenlik mövzularındakı mübahisələrdə özünü səlahiyyətli hakəm yaxud məhkəmə kimi görərək qərar verməyə cəhd göstərməsi ciddi səvhdir və qəbul edilə bilməz addımdır.

Açıqlamada hesabatda Aİ-nin Kıbrıs məsələsilə əlaqəli mövqeyinə də toxunulub: Aİ bu mövzudakı məlum olan səhv mövqeyini davam etdirir.

Açıqlamada ayrıca “Zeytun budağı” əməliyyatı ilə əlaqəli Aİ-nin ifadələrinə işarə edilərək bildirilib ki, bu, Türkiyəyə qarşı terror təhdidinə son qoymaq məqsədilə qanuni müdafiə əsasında həyata keçirilən terrorla mübarizə əməliyyatıdır. “Zeytun budağı” əməliyyatı terrorla mübarizənin mülki şəxslərə zərər vermədən necə həyata keçirilə biləcəyi sahəsində nümunə təşkil etmişdir. Terrorla mübarizənin uğurlu olması üçün Aİ daxil bütün beynəlxalq ictimaiyyətin tutarlı mövqe ortaya qoyması və terror təşkilatları arasında fərq qoyulmasından imtina etməsi vacibdir.

Açıqlamada həmçinin hesabatın Türkiyənin həqiqətlərini başa düşməkdən və bu çərçivədə məqsədinə xidmət etməkdən uzaq olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr