“Artıq Suriyada Türkiyəsiz heç bir addım mümkün deyil”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sədri olduğu AK Partiyanın Üsküdar VI Bölgə Konqresində iştirak edib.

952041
“Artıq Suriyada Türkiyəsiz heç bir addım mümkün deyil”, R.T.Ərdoğan

  Çıxışı zamanı İstanbulun Üsküdar rayonunun mərkəz mövqeyinə gəldiyini vurğulayan ölkə başçısı deyib: “Marmaray metrostansiyasının olduğu mərkəzi və cazibəli yerdir Üsküdar. İstanbulun Avrasiyasıdır Üsküdar. Ümraniye-Çekmeköy-Sancaktepe metro xətti buradadır. Kiçik Çamlıcada tamamlanmaq üzrə olan radio televiziya qülləsi də buradadır… Üsküdarın boğaz məhəllələri 30 ilə tamamlanmışdır. Üsküdar meydanında da işlər tamamlandığı zaman bura İstanbulun ən nüfuzlu mərkəzi yeri olacaq.”

  Ərdoğan Türkiyənin dünyadakı bugünkü mövqeyini də dilə gətirərək bunları söyləyib: “Bu gün hücumları mənbəyində yox etmək siyasətinin təməlini qoyan bir Türkiyə var… Afrində zərərsizləşdirilən terrorçu sayı 4100-ü, Şimali İraqda isə 340-ı keçib… Biz nə dedik? Gələcəyik. Gəldik də, oraya girdik də. Bu hələ bitməyib… İndi PKK və FETÖ xainləri hesab verir. Bütün bunlarla belə biz suriyalı qardaşlarımıza dəstək oluruq… İnşallah Afrindən sonra İdlib, Tel Rifat və Münbicə birlikdə gedəcəyik… Bölgəmizdə oynanılan oyunları transsərhəd əməliyyatlar və suriyalı qardaşlarımızın evlərini azad etməklə əvəzləyirik… Artıq Suriyada Türkiyənin olmadığı heç bir addımın atılması mümkün deyil… Türkiyənin olduğu yerdə terror olmaz, yalnız dinclik kök sala bilər… Suriya üstündə ancaq neft hesablamaları edirlər. Amma biz bu oyunu pozacağıq… 3,5 milyon suriyalı haradadır? Çıxıb mənə cavab versinlər. Türkiyədə qalırlar, nə Fransada, nə də Almaniyada. Gəlin, onlara humanitar yardım edək, insanlıq haqqını yaşamaq imkanımız olsun… Yağdırdığınız bombaların pulunu gətirib ortaya qoysanız, Türkiyə Suriyada yeni şəhərlər qurar və bu insanları vətənlərinə göndərər… Neytral etibarlı bölgə yaratmaq istədik, Obama əvvəl razı oldu, sonra fikrindən daşındı. Cənab Tramp da bu təhlükəsiz zonadan danışdı, amma arxasında dayanmadı… Hər terror təşkilatının arxasında bir ölkə var, amma Suriyada xalqının yanında Türkiyə var və ondan başqası yoxdur.”

  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulun Üsküdar rayonunda VI Bölgə Konqresində çıxışından sonra binanın qarşısında toplanan xalqa müraciət edib.



Әlaqәli Xәbәrlәr