Türkiyə Silahlı Qüvvələri 67 terrorçunu da zərərsizləşdirdi

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

951358
Türkiyə Silahlı Qüvvələri 67 terrorçunu da zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin  Tunceli, Şırnak, Diyarbəkir və İraqın şimalında keçirdiyi әmәliyyatlar nәticәsindә 67 terrorçu zərərsizləşdirildi.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

Mәlumatda 7-13 aprel tarixlәri arasında keçirilәn әmәliyyatlarla bağlı mәlumat verilib.

Әmәliyyatlar nәticәsindә 44 silahın әlә keçirildiyi, 84  partlayıcı qurğunun mәhv edildiyi bildirilib.

Mәlumatda hәmçinin Suriyanın Afrin bölgәsindә aparılan ''Zeytun Budağı'' әmәliyyatı nәticәsindә 4 min 157 terrorçunun zәrәrsizlәşdirildiyi  vurğulanıb. Әmәliyyat nәticәsindә 107 mina vә 781 partlayıcı qurğunun mәhv edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr