Mövlud Çavuşoğlu: " BMT Təhlükəsizlik Şurasının dəyişikliklərə ehtiyacı var"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT Təhlükəsizlik Şurasının islahata ehtiyacı olduğunu bildirdi.

950641
Mövlud Çavuşoğlu: " BMT Təhlükəsizlik Şurasının dəyişikliklərə ehtiyacı var"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyası tərəfindən təşkil olunan Beynəlxalq Gənc Diplomatlar Təhsil Proqramında iştirak etdi.

Proqramda çıxış edən Çavuşoğlu BMT Təhlükəsizlik Şurasının qlobal problemləri həll edə  bilmədiyini, problemlərin həllində və münaqişələrin qarşısının alınmasında məsuliyyət daşımalı olan BMT, Aİ, AŞ kimi beynəlxalq və regional təşkilatların yenidənqurulmasına ehtiyac olduğunu vurğuladı.

Çavuşoğlu: "Suriyada kimyəvi hücumun araşdırılması üçün BMT mexanizminin yaradılmasına dair qətnamə layihəsini biz də dəstəkləyirdik. Layihəyə yalnız bir ölkə, eyni zamanda bizim dostumuz olan Rusiya veto qoydu. İndi daha böyük risk altındayıq. Yalnız bir ölkə "xeyir" dediyi halda BMT heç bir mövzu ilə bağlı qərar qəbul edə bilmir. Bu səbəbdən Təhlükəsizlik Şurasının tərkibində dəyişikliklər olmalıdır" dedi.

Çavuşoğlu istər BMT-nin, istərsə də Aİ-nin İkinci Dünya Müharibəsindən sonra qurulduqlarını və o dövrün tələblərinə çavab verdiyini, lakin müasir dövrün həqiqətləri fonunda funksional olmadığını qeyd etdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr