Prezident Ərdoğandan Rusiya Xarici işlər nazirinə cavab:

Afrinin Suriyaya təhvil veriləcəyi vaxtı Rusiya Xarici işlər naziri yox, Türkiyə müəyyən edər. Bunu prezident R.T. Ərdoğan deyib.

948286
Prezident Ərdoğandan Rusiya Xarici işlər nazirinə cavab:

Prezident, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisində jurnalistlərə açıqlama verib.

 Rusiya Xarici işlər naziri Sergey Lavronun Afrin münasibətini səhv dəyərləndirən prezident Ərdoğan: “Əsas Suriyada başqa ölkələrin nəzarətində olan ərazilərin Suriya rejiminə təhvil verilməsi məsələsinə dair danışıqlar aparılmalıdır. Bu əraziləri Suriya rejiminin icazəsi ilə nəzarətə aldıq demələri, bizi qane etmir. Biz vaxtı gəlib çatdıqda Afrini, Afrinlilərə təhvil verəcəyik. Bu vaxtı da Cənab Lavrov deyil, biz təyin edərik” deyə prezident Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov dünən verdiyi açıqlamasında, Afrin bölgəsinin Suriya rəhbərliyinə təhvil verilməsini istədiklərini qeyd etmişdi.

 



Әlaqәli Xәbәrlәr