Dövlət başçıları ikitərəfli əlaqələrlə yanaşı Suriyadakı son vəziyyəti müzakirə etdilər

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

947485
Dövlət başçıları ikitərəfli əlaqələrlə yanaşı Suriyadakı son vəziyyəti müzakirə etdilər

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Dövlət aparatının məlumatına görə, dövlət başçıları ikitərəfli əlaqələrlə yanaşı Suriyadakı son vəziyyəti müzakirə ediblər.

Ərdoğanın Duma və Şərqi Qutadakı hücumlarla əlaqəli narahatlığını dilə gətirdiyi telefon danışığında mülki şəxslərin ölüm hallarının qarşısının alınması və humanitar yardımların çatdırılması üçün birgə addım atmağın əhəmiyyəti vurğulanıb.

İki lidərin ayın əvvəlində paytaxt Ankarada keçirilən Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yığıncağından və Suriya mövzusundakı Üçtərəfli zirvə yığıncağının nəticələrindən duyduqları məmnunluğu da dilə gətirdikləri qeyd edilib.



Әlaqәli Xәbәrlәr