Bir həftədə 43 terrorçu zərərsizləşdirildi

Ölkə miqyasında 2-9 aprel tarixlərində aparılan terror əməliyyatlarında terror təşkilatı PKK üzvü 43 terrorçu zərərsizləşdirilib.

947336
Bir həftədə 43 terrorçu zərərsizləşdirildi

Ölkə miqyasında 2-9 aprel tarixlərində aparılan terror əməliyyatlarında terror təşkilatı PKK üzvü 43 terrorçu zərərsizləşdirilib.

Bununla bağlı məlumatı Daxili İşlər Nazirliyi verib.

Məlumatda bildirilib ki, həyata keçirilən əməliyyatlarda 25-i ölü, 8-i canlı, 10 terrorçu isə təslim olmaqla 43 terrorçu zərərsizləşdirildi. Zərərsizləşdirilənlər arasında təşkilatın dırnaqarası lider kadrından 4 terrorçu da var.

Əməliyyatlar çərçivəsində Şırnak, Bitlis, Diyarbəkir, Hakkari, Muş, Siirt, Tunceli, Van və Bingöldə aparılan əməliyyatlarda terror təşkilatı mənsubları tərəfindən istifadə edilən 61 sığınacaq yer və mağara ilə minalanan 49 əl istehsalı olan partlayıcı və mina məhv edilib.

Təhlükəsizlik qüvvələri tərəfindən həmçinin 1,5 ton partlayıcı maddə hazırlanmasında istifadə edilən maddə, 43 əl istehsalı olan bomba, aralarında bir raketin də yer aldığı 40-ı ağır və uzun mənzilli olmaqla 47 silah ilə 18 min 480 müxtəlif silah-sursat ələ keçirilib.



Әlaqәli Xәbәrlәr