Türkiyә Silahlı Qüvvәlәri 80 terrorçunu da mәhv edib

Türkiyә Silahlı Qüvvәlәri ölkә daxilindә vә xaricindә  terrorla mübarizәsini qәtiyyәtlә davam etdirir.

945834
Türkiyә Silahlı Qüvvәlәri 80 terrorçunu da mәhv edib

Türkiyә Silahlı Qüvvәlәri ölkә daxilindә vә xaricindә  terrorla mübarizәsini qәtiyyәtlә davam etdirir.

Bazar günündәn etibarәn İraqın şimalına tәşkil edilәn hava әmәliyyatları nәticәsindә 80 PKK terrorçusu zәrәrsizlәşdirilib.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Mәlumatda 1-2 aprel tarixlәri arasında İraqın  Hakurk vә Zap bölgәlәrinә endirilәn zәrbәlәr nәticәsindә 59 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Aprelin 5-dә Hakurk bölgәsinә tәşkil edilәn hücum nәticәsindә  21 terrorçunun  öldüyü vurğulanıb.

Hәyata keçirilәn әmәliyyatlar nәticәsindә terror tәşkilatına mәxsus 13 hәdәf mәhv edilib.



Әlaqәli Xәbәrlәr