Binәli Yıldırım Monqolustana sәfәr etmәzdәn әvvәl jurnalistlәrә açıqlama verib

Türkiyәnin Baş naziri Binәli Yıldırım Monqolustana sәfәr etmәzdәn әvvәl Ankara Esenboğa hava limanında keçirilәn mәtbuat konfransında gündәmә dair bәyanatlar verib vә jurnalistlәrin suallarını cavablandırıb.

945459
Binәli Yıldırım Monqolustana sәfәr etmәzdәn әvvәl jurnalistlәrә açıqlama verib

Türkiyәnin Baş naziri Binәli Yıldırım Monqolustana sәfәr etmәzdәn әvvәl Ankara Esenboğa hava limanında keçirilәn mәtbuat konfransında gündәmә dair bәyanatlar verib vә jurnalistlәrin suallarını cavablandırıb.

Baş nazir Türkiyә ilә Monqolustan arasındakı diplomatik münasibәtlәrin qurulmasının 50-ci ili  münasibәtilә bu ölkәyә sәfәr etdiyini vurğulayaraq sәfәrin әhәmiyyәtindәn danışıb.

Binәli Yıldırım sәfәr çәrçivәsindә Monqolustan Baş naziri Kurelsuk Ukna (Khurelsukh Ukhnaa) ilә tәkbәtәk görüş keçirәcәklәrini  vә heyәtlәrarası görüşlәrә sәdrlik edәcәklәrini bildirib.

Monqolustandan sonra Әfqanıstana sәfәr edәcәyini qeyd edәn  Baş nazir: "Əfqanıstan İcra Heyətinin sәdri Abdullah Abdullah  (Abdullah Abdullah) və Dövlət başçısı Əşrəf Qəni ilə görüş keçirəcəyik. Sәfәr çәrçivәsindә  TİKA-nın Həmid Kərzai beynəlxalq hava limanında inşa etdiyi məscidi  ziyarәt edәcәyik, hәmçinin Kabil qız liseyinin açılış mәrasimindә iştirak edәcәyik’’ deyә qeyd edib.

Baş nazir  Әfqanıstanda Türk әsgәrlәrinin olduğu qәrargaha baş çәkәcәyini, hәmçinin  NATO-nun  Әfqanıstanda fәaliyyәt göstәrәn missiyasının komandanı, ordu generalı Con Nikolasla  görüş keçirәcәyini bildirib.

Binәli Yıldırımı Monqolustana edәcәyi sәfәr çәrçivәsindә  Baş nazirin müavini Hakan Çavuşoğlu, Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş, Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan, Monqolustan Dostluq Qrupunun sәdri, millət vəkili Mehmet Ərdoğan müşayiәt edәcәklәr.

Qeyd edәk ki, Baş naziri Әfqanıstana edәcәyi sәfәri çәrçivәsindә isә Daxili İşlər naziri Süleyman Soylu, Milli Müdafiə naziri Nurəddin Canikli, Əfqanıstan Dostluq Qrupunun sәdri, millәt vәkili  Hüseyn Kocabıyık, Ankara millət vəkili Ziya Ünal vә  Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçın müşayiәt edәcәklәr.



Әlaqәli Xәbәrlәr