Rəcəb Tayyib Ərdoğanla Həsən Ruhani təkbətək görüşdülər

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında təkbətək görüş keçirildi.

944243
Rəcəb Tayyib Ərdoğanla Həsən Ruhani təkbətək görüşdülər

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında təkbətək görüş keçirildi.
 
 Suriya mövzusunda Türkiyə-Rusiya-İran Üçtərəfli Toplantısında iştirak etmək üçün paytaxt Ankaraya gələn Ruhanini Ərdoğan  Dövlət Aparatı İqamətgahında qarşıladı.
 
 Daha sonra Ərdoğan və Ruhani təkbətək görüşdülər.
 
 Mətbuata qapalı keçirilən görüş bir saat davam etdi.
 
 Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi oldu.
 
 Ruhani daha sonra Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdü.
 
 Türkiyə-Rusya-İran Üçtərəfli  Toplantısına ev sahibliyi edən Rəcəb Tayyib Ərdoğan iş yeməyindən sonra Ruhani və Putin ilə birgə mətbuat konfransı keçirəcək.
 
 Qeyd edək ki, Suriya mövzusunda üçtərəfli toplantı daha əvvəl 22 noyabrda Ərdoğan, Putin və Ruhaninin iştirakı ilə Rusiyanın Soçi şəhərində keçirilib.



Әlaqәli Xәbәrlәr