Türkiyənin Yəmən xalqına dəstəyi davam edəcək

Türkiyə Yəmən xalqına göstərilən dəstəyin davam edəcəyini bildirdi.

943590
Türkiyənin Yəmən xalqına dəstəyi davam edəcək

Türkiyə Yəmən xalqına göstərilən dəstəyin davam edəcəyini bildirdi.

Türkiyənin BMT-nin Cenevre Ofisindəki daimi nümayəndəsi səfir Naci Koru Yəməndəki humanitar böhranla əlaqədar BMT, İsveçrə və İsveçin təşəbbüsü ilə BMT-nin Cenevrə ofisində təşkil olunan yüksək səviyyəlu yardım konfransında iştirak etdi.

 Koru konfransda çıxış edərək Yəməndə uzun müddətdir davam edən böhranın siyasi yolla həll edilməsinin vacibliyini qeyd etdi.

Yəməndə dördüncü ildir davam edən münaqişələr nəticəsində siyasi və humanitar vəziyyətin daha da pisləşdiyini vurğulayan Koru bir ildən çoxdur başlayan sülh prosesinin dalana dirəndiyini, silahlı toqquşmaların şiddətləndiyini və insanlarının əzablarının artdığını vurğuladı.

Koru Türkiyənin İslam Əmıkdaşlıq Təşkilatının dönəm sədri olaraq bu təşkilatın İslam dünyasındakı böhranların həllindəki rolunu artırmağa çalışdığını, Yəməndəki sülh prosesi istiqmətində konkret addımlar atılacağına ümid etdiklərini söylədi.

Bu məqsədlə İƏT-in Yəmən Kontakt Qrupunun beşinci toplantısını ən qısa müddətdə Türkiyədə keçirməyi nəzərdə tutduqlarını qeyd edən Koru Kontakt Qrupunun sülh prosesinin inşasında müəyyən rol oynaya biləcəyini dedi.

Koru Türkiyənin 2017-ci ildə minlərlə ton humanitar yardım daşıyan gəmini Yəmənə göndərdiyini, eyni ildə 1 milyon dolları UNUCEF-in hesabına köçürdüyünü xatırlatdı, ölkəsinin Yəmənə ola dəstəyinin davam edəcəyini qeyd etdi.

 

 



Әlaqәli Xәbәrlәr