Anka PUA-lar Dəniz Qüvvələri Komandanlığının xidmətinə keçdi

Bura qədər Jandarma Baş Komandanlığı və Hava Qüvvələri Komandanlığında olan Anka PUA-lar artıq Dəniz Qüvvələri Komandanlığının tərkibində dəstək verəcək.

940414
Anka PUA-lar Dəniz Qüvvələri Komandanlığının xidmətinə keçdi

  Türkiyə Aviasiya və Kosmos Sənayesi Anonim şirkətinin (TUSAŞ/TAİ) istehsal etdiyi pilotsuz uçan aparat (PUA) – Anka Dəniz Qüvvələri Komandanlığının xidmətinə keçdi.

  TAİ mühəndisləri tərəfindən hazırlanan və bir çox yerli firmanın da qatıldığı Anka layihəsi çərçivəsində Müdafiə Sənayesi Müstəşarlığı (SSM) və TAİ arasında imzalanan sazişə əsasən Dəniz Qüvvələri Komandanlığına Anka PUA-ların təhvil-təslimi həyata keçirilib.

  Bura qədər Jandarma Baş Komandanlığı və Hava Qüvvələri Komandanlığında olan Anka PUA-lar artıq Dəniz Qüvvələri Komandanlığının tərkibində dəstək verəcək.

  Anka PUA-lar martın 27-də Egey dənizi və Aralıq dənizi səmalarında ilk vəzifə uçuşunu uğurla həyata keçirib. Onlar kəşfiyyat və müşahidə məqsədilə istifadə ediləcək.



Әlaqәli Xәbәrlәr