APA-dakı iclasda TBMM sədri Afrindən də danışdı

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman İsveçrədəki rəsmi görüşlərini davam etdirir.

936875
APA-dakı iclasda TBMM sədri Afrindən də danışdı

   Asiya Parlament Assambleyası (APA) iclasını dövri sədr olaraq idarə edən İ.Kahraman giriş nitqində Zeytun Budağı Hərəkatına toxunaraq deyib: “Xalqın zərər çəkməməsi üçün hər cür tədbir görür və çox həssas davranırıq. Bu da bizim siyasətin təməlində yatan humanizmin tələbidir. Beynəlxalq media orqanlarında təəssüf ki, çox dezinformasiyalar yayılır. Bizim mübarizəmiz terrorladır. Kürdlər bizim qardaşımızdır və aramıza girməyi heç kəs bacarmayacaq".

  İsmayıl Kahraman Asiya Parlament Assambleyası (APA) iclasında Fələstin məsələsinə də toxunaraq deyib: “Fələstin məsələsinin yeganə həll yolu 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan, müstəqil və suveren bir Fələstin dövlətinin olmasıdır. Türkiyə bu günə qədər Yaxın Şərq sülh prosesinə lazım olan dəstəyi verib və verməyə davam edəcək".

  Türkiyə Böyük Millət Məclisinin sədri APA-nın toplantısından sonra İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının iclasında iştirak edib.



Әlaqәli Xәbәrlәr