"Belə davam edərlərsə, daha irəli gedərik", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Suriyanın Münbiç bölgəsində əsgər saxlama haqqı olmadığını bildirib.

934842
"Belə davam edərlərsə, daha irəli gedərik", R.T.Ərdoğan

    Ankara Beştepe Millət, Mədəniyyət və Konqres Mərkəzində keçirilıən "Millətimizlə birlikdə daha yaşıl Türkiyə” toplantısında çıxışı zamanı Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı Zeytun Budağı Hərəkatına toxunaraq deyib:

  “Afrin şəhər mərkəzi nəzarət altına alındı. Dərhal məktəbləri nəzarətə götürdük, xəstəxanaları da. Oraların nəzarətini, rəhbərliyini, hamısını nəzarətimiz altına alırıq və dinc bir mühit yaradacağıq…

  Bura qədər zərərsizləşdirilən terrorçu sayının 3700-ə qədərdir…

  ABŞ söz verdiyi halda PKK/PYD-YPG mənsub terrorçularla birlikdə işğal etdiyi Münbiçi boşaltmır. Niyə? Münbiçdən çıxmayacaqmış. Çıxmaq nədir, sizin heç orada olmaq haqqınız yoxdur. Bu torpaqlarda sənin nə işin var?..

  ABŞ DEAŞ bəhanəsilə Münbiçe PKK/PYD-YPG mənsub terrorçularını saldı. Bölgənin həqiqi sakini ərəblərdir. ABŞ-ın keçmiş prezidenti Barak Obamaya “bunları buradan çıxart, strateji tərəfdaş kimi Fərat çayının şərqinə göndərək” dedim. Eynisini indiki ölkə rəhbəri Donald Trampa da dedim. O da çıxarmadı…

  ABŞ nümayəndələri hər fürsətdə Türkiyə əleyhinə danışır. Tramp artıq bu qarışıqlığı aradan qaldırmalı, sözçülərinin ağzına gələni danışmalarına imkan verməməlidir. Əks halda bu iş yürüməz…  

  ABŞ rəsmiləri DEAŞ-ı məğlubiyyətə uğratdığı barədə açıqlamalar verdi. O zaman daha niyə durursunuz orada – Münbiçdə? Bizə “Bölgənin yarısında siz, yarısında biz olaq” dedilər. Amma mən “Nə siz, nə də biz olaq, buranın sahibi kim isə, o olsun” dedim. Çünki biz ədalətli bir idarəetmə istəyirik. Biz heç yerə işğal üçün getmirik. Yalnız sabitlik üçün getdik, yalnız terrorçuları qovmaq üçün getdik…

  Hələ İraqın Sincar bölgəsinə PKK göz dikib. İraq hökuməti oradan PKK-nı təmizləməzsə, onları da biz təmizləyərik. İki gün içində Sincarda 38 PKK-lı zərərsizləşdirmişik. Belə davam edərsə, daha irəli gedərik".



Әlaqәli Xәbәrlәr