Türkiyə fövqəladə vəziyyətə son qoymağa çağıran BMT-nin hesabatını qınadı

BMT-nin hesabatının terror təşkilatlarının təbliğatları ilə üst-üstə düşən əsassız iddialardan ibarət olduğu bildirilib.

933789
Türkiyə fövqəladə vəziyyətə son qoymağa çağıran BMT-nin hesabatını qınadı

Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir: BMT-nin hesabatı terror təşkilatlarının təbliğatları ilə üst-üstə düşən əsassız iddialardan ibarətdir. BMT-nin İnsan Haqları üzrə ali komissarı 20 mart 2018-cı il tarixində ölkəmizdəki fövqəladə vəziyyəti diqqət mərkəzində saxladığı bir sənədi “hesabat” titrilə ümum ictimaiyyətin diqqətinə təqdim etmişdir. Ölkəmizin qarşı-qarşıya olduğu çoxtərəfli və ağır ciddi təhdidlərini, xüsusilə də millətimizin demokratik həyatına və ölkənin gələcəyinə qəsd edən 15 iyul 2016cı ildəki terrorçu çevriliş cəhdinin insan haqlarına təsirini tamamilə gözdən yayındıran bu sənədin bir mənası yoxdur. Bu sənədi imzalayan ali komissarın bir müddətdir Türkiyə ilə əlaqəli mövzularda tərəfsizliyini və obyektivliyini itirdiyi və ölkəmizə qarşı qərəzli olduğu başqa açıqlamalarda da özünü sübuta yetirmişdir. Yaydığı bu hesabat terror təşkilatlarının təbliğatları ilə üst-üstə düşən əsassız iddialardan ibarətdir. Bu qəbul edilə bilməyəcək bir vəziyyətdir. Obyektiv olmayan qiymətləndirmələr olduğuna görə bu sənəd bütün insan haqları cəhətdən təhlükə yaradır. Türkiyə insan haqlarının qorunması, mövcud standartların ən yüksək səviyyəyə qaldırılması və bu mövzularda BMT daxil beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirmə səylərini mühafizə edir.  



Әlaqәli Xәbәrlәr