Ərdoğan Aİ-ni qaçqın məsələsində yayındırma taktikasından vaz keçməyə çağırdı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını qaçqın probleminin həlli məsələsində yayındırma taktikasından vaz keçməyə çağırdı.

933220
Ərdoğan Aİ-ni qaçqın məsələsində yayındırma taktikasından vaz keçməyə çağırdı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını qaçqın probleminin həlli məsələsində yayındırma taktikasından vaz keçməyə çağırdı.
 
Ərdoğan bu çağırışı  Beştətə Millət, Mədəniyyət və Konqres Mərkəzində Hakim və Respublika Prokurorlarının Püşkatma Mərasimində bildirdi.
 
 Ərdoğan çıxışında qaçqın məsələsi ilə bağlı razılaşma çərçivəsində Aİ-nin suriyalı qaçqınlarla əlaqədar Türkiyəyə 6 milyard avro vermək öhdəliyi götürdüyünü, lakin bu məsələdə yayındırma taktikasını həyata keçirdiyini söylədi.
 
 Avropa rəsmiləri ilə məsələ ilə bağlı bir daha görüşəcəklərini vurğulayan Ərdoğan: "26 martda Bolqarıstanın Varna şəhərində keçiriləcək Aİ sammitində fotoları qarşılarına qoyacağıq. "Qaçqınlara  maliyyə yardımı verəcəksinizsə, verin verməyəcəksinizsə, dürüst olun deyəcəyik" dedi.
 
  Dövlət başçısı Avropa rəsmilərini Türkiyədəki suriyalıların məskunlaşdığı çadır şəhərlərini görməyə dəvət etdi, onları artıq yayındırma taktikasından əl çəkməyə çağırdı.

Ərdoğan Aİ-nin  Türkiyəyə qarşı  ikili standart tətbiq etdiyini, digər tərəfdən separatçı terror təşkilatı PKK tərəfdarlarının Avropada baş tacı edildiyini və terrorçulara hər növ silah verdiklərini, bunun dəlillərinin Afrində də ortaya çıxdığını söylədi.



Әlaqәli Xәbәrlәr