Son bir həftədə aparılan əməliyyatlarda 21 terrorçu zərərsizləşdirildi

Ölkə daxilində son bir həftədə aparılan əməliyyatlarda 21 terrorçu zərərsizləşdirildi.

932775
Son bir həftədə aparılan əməliyyatlarda 21 terrorçu zərərsizləşdirildi

Ölkə daxilində son bir həftədə aparılan əməliyyatlarda 21 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin bu barədə verdiyi məlumatda bildirilib ki, 12-19 mart tarixlərində terror təşkilatı PKK-ya qarşı 1171 əməliyyat həyata keçirildi. Əməliyyatlar nəticəsində 21 terrorçu zərərsizləşdirildi, PKK-ya məxsus 76 sığınacaq yer yararsız hala salındı.  Əməliyyatlarda 25 ədəd əl istehsalı olan partlayıcı da məhv edildi. Həmin tarixlərdə terror təşkilatları PKK/DEAŞ və Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinə (FETÖ/PDY) qarşı qaçaqçılıq və narkotik maddə əməliyyatlarında 5 min 110 nəfər saxlanılıb.

Əməliyyatlarda həmçinin terror təşkilatının təbliğatını aparan 297 adam barəsində isə qanuni iş üçün proses başlayıb.



Әlaqәli Xәbәrlәr