‘‘Zeytun Budağı’’ әmәliyyatında 3524 terrorçu zәrәrsizlәşdirilib
Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.
Türkiyә Silahlı Qüvvәlәrinın Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’ әmәliyyatında zәrәrsizlәşdirilәn terrorçu sayı 3524-ә çatıb.
Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.
Mәlumatda yanvarın 20-dә başlanan әmәliyyatın davam etdirildiyi vurğulanıb.
Türkiyә Silahlı Qüvvәlәri vә Azad Suriya Ordusu әmәliyyat çәrçivәsindә 12 kәnd vә 2 kritik әhәmiyyәt daşıyan mәntәqәni dә terrorçulardan tәmizlәyib.
Beləliklə, əməliyyatın əvvəlindən bu yana 194-ü kənd, 39-u da kritik әhәmiyyәt daşıyan mәntәqә olmaqla, 233 mәntәqә ələ keçirilib.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...