“Afrin axşama qədər terroristlərdən azad ediləcək”:R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Preziden Kompleksindəki 46-cı Muhtarlar yığıncağında çıxış edib.

929563
“Afrin axşama qədər terroristlərdən azad ediləcək”:R.T.Ərdoğan

20 Yanvarda Türk Silahlı Qüvvətlərinin başlatdığı Zeytun Budağı əməliyyatına toxunan prezident Ərdoğan bu günə qədər 3 min 444 terroristin zərərsizləşdirildiyini, axşama qədər Afrinin tamamilə azad ediləcəyini vurğulayıb. Prezident qeyd edib ki, Əlbətdə ki işimiz asan deyil. Qərb kimi dinc sakinləri öldürmürük. Yalnız Əlcəzairdə 5 milyon insanı qətl etdiklərins unudmaq mümkün deyil. Ruandada, Liviyada, İraqda on minlər, yüz minlərlə insan öldürdülər. Onlar əvvəlcə bunların hesabını verməlidilər. Türkiyə dinc əhalini hədəf götürsəydi, Afrin xeyli vaxt əvvəl azad edilmiş olardı. Afrində TSQ tərəfindən istifadə edilən silahların 65% yerli istehsaldır. Bu faiz qıssa müddətdə daha da artacaq. Afrin şəhər mərkəzində müqavimət göstərəcəklərini irəli sürən quldurlar, TSQ bölgəyə addım atar atmaz, arxalarına baxmadan qaçdıqlar. Şəhərdən çıxmaq istəyən məsum insanları da canlı qalxan olaraq istifadə etməyə çalışdılar. Afrindəki terroristlərə yardım edən güclərin olduğu, bölgədəki tunellərdən başa düşülür” deyə vurğulayıb.

Suriyadan sonra Şimali İraqa da əməliyyat təşkil ediləcəyinə işarə edən prezident Ərdoğan sözlərinə belə davam edib: “Münbiç və Fərat Çayının şərqi başda olmaqla Şimali İraq sərhəddimizi də terroristlərdən təmizləyəcəyik. Yəni Prioritetimiz öz təhlükəsizliyimizi təmin etməkdir”

 



Әlaqәli Xәbәrlәr