Nurәddin Canikli Qәtәrә sәfәr edib

Mәlumata görә, Nurәddin Canikli Qәtәrin paytaxtı Dohada rәsmi görüşlәr keçirәcәk.

927457
Nurәddin Canikli Qәtәrә sәfәr edib

Türkiyәnin Milli Müdafiә naziri  Nurәddin Canikli Qәtәrә sәfәr edib.

Mәlumata görә, Nurәddin Canikli Qәtәrin paytaxtı Dohada rәsmi görüşlәr keçirәcәk.

Mәlumatda Nurәddin Caniklinin 2018-ci il Doha Beynәlxalq Dәnizçilik Müdafiә Sәrgisi vә Konfransının açılış mәrasimindә iştirak etmәk üçün Qәtәr Milli Konqres Mәrkәzinә getdiyi bildirilib.

Nazir Caniklinin  Konqres mәrkәzindә qәtәrli rәsmilәr tәrәfindәn qarşılandığı qeyd olunub. Milli Müdafiә nazirinin   daha sonra  Qətər Baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Xalid Bin Mәhәmmәd Әl-Attiyah ilə bir araya gəldiyi vurğulanıb.

Görüşün mәtbuata qapalı keçdiyi vә ikitәrәfli münasibәtlәr ilә müdafiә sahәsindә әmәkdaşlıq mövzularının müzakirә olunduğu bildirilib.



Әlaqәli Xәbәrlәr